Müdafiə arsenalımıza nə qədər ziyan vurulub?

Müdafiə arsenalımıza nə qədər ziyan vurulub?
18 Fev 2025 23:59

Müharibə dövründə Azərbaycanın müdafiə arsenalına vurulmuş ziyanın məbləği məlum olub.


News365.az xəbər verir ki, bu barədə hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslər barəsindəki cinayət işi üzrə ittiham aktında qeyd olunub.


Qeyd olunub ki, 1990-cı illərin əvvəllərindən 2023-cü il sentyabrın 20-dək olan müddət ərzində müxtəlif iri və kiçik çaplı silahlar, sursatlar, artilleriya qurğuları, raketlərdən atəşlər açılmaqla edilmiş silahlı hücumlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin müdafiə arsenalına aid, 908 milyon manatdan artıq dəyərdə hərbi əmlaklar məhv edilib, yararsız hala salınıb və ya ələ keçirilib.


Sizin reklam burada
Sizin reklam burada