Sürücülərin diqqətinə : Bu yolda qatı duman var

Sürücülərin diqqətinə : Bu yolda qatı duman var
24 Yan 2026 23:40

Yeni Ələt–Astara magistral yolunun Lənkəran və Masallı rayonları istiqamətində hazırda qatı duman müşahidə olunur.

News365.az xəbər verir ki, görünüş məsafəsinin məhdudlaşması səbəbindən sürücülər bu istiqamətdə nəqliyyat vasitələrini aşağı sürətlə idarə edirlər.

Qatı duman sürətli hərəkəti çətinləşdirir və yol hərəkəti təhlükəsizliyi üçün risk yaradır.

Sürücülərə ehtiyatlı olmaları tövsiyə olunur.


Sizin reklam burada
Sizin reklam burada