Moskvadakı “Taqanskaya” metro stansiyasında yaşlı qadın 13 yaşlı qızı relslərə itələyib.
News365.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Kadrlarda açıq rəngli gödəkçədə olan yeniyetmənin platformada dayanması və birdən-birə arxadan itələnərək relslərə düşməsi əks olunub. Hadisə noyabrın 9-da baş verib. Məlumata görə, 1961-ci il təvəllüdlü təqaüdçü qadın qıza çox səs-küylə danışdığına görə irad bildirərək ondan sakit olmasını tələb edib, lakin uşaq reaksiya vermədikdə onu itələyib.
Xoşbəxtlikdən ətrafdakı sərnişinlər yeniyetməni vaxtında platformaya qaldırıblar.
Faktla bağlı qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb. Qız ailəsinə təhvil verilib.