Misir təyyarəsi Ermənistandan keçməklə Azərbaycana gəldi - FOTO

Misir təyyarəsi Ermənistandan keçməklə Azərbaycana gəldi - FOTO
11:04

Misirə məxsus "CASA C295" tipli hərbi-nəqliyyat təyyarəsi Azərbaycana uçuş zamanı Ermənistanın hava məkanından istifadə edib.

News365.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Bildirilir ki, uçuş Qahirə-Bakı marşrutu üzrə 2025-ci ilin dekabr ayının əvvəlində həyata keçirilib. Həmin gün təyyarə yenidən Ermənistanın hava məkanından istifadə etməklə Misirə geri qayıdıb.

Ermənistan Xarici İşlər Nazirliyi bu uçuşun özəl səfər olduğunu açıqlayıb. 

"Ermənistanın hava məkanından istifadə etməklə Qahirə-Bakı reysini yerinə yetirən reys sərnişin təyyarəsi olub və Azərbaycana özəl qaydada yüksəkvəzifəli şəxsi çatdırıb", - nazirliyin məlumatında deyilir.



Sizin reklam burada
Sizin reklam burada