Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin müsahibə mərhələsinin sonuncu günündə - avqustun 22-də ingilis dili və coğrafiya fənləri üzrə müsahibələr təşkil edilib.
Bu barədə Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən News365.az-a bildirilib.
Məlumata görə, müsahibələrə 167 nəfər dəvət olunub. Onlardan 161 nəfəri müsahibə mərhələsində iştirak edib.