Millimizin çempionluğu münasibətilə Bakıda konsert keçirilir

Millimizin çempionluğu münasibətilə Bakıda konsert keçirilir
08 İyn 2025 21:45

Azərbaycanın minifutbol millisinin Bakıda keçirilmiş dünya çempionatının qalibi olması münasibətilə paytaxtda konsert keçirilir.


News365.az xəbər verir ki, “Çempionlar şənliyi” (“Champions Fest”) adlanan tədbir saat 20:30-da Qoşa Qala qapısı və “Azərbaycan” kinoteatrının yaxınlığında başlayıb.


Konsert proqramında tanınmış müğənnilər ifa edirlər, giriş pulsuzdur.


Xatırladaq ki, Elşad Quliyevin rəhbərlik etdiyi Azərbaycan millisi minifutbol üzrə dünya çempionatının final matçında Macarıstan yığmasını məğlub edib. İyunun 1-də Milli Gimnastika Arenasında keçirilən qarşılaşma millinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb


Sizin reklam burada
Sizin reklam burada