Son zamanlar Facebook sosial şəbəkəsində Azərbaycana qarşı təxribat xarakterli kontent paylaşan və geniş reklam dəstəyi alan səhifələrin fəallaşdığı müşahidə olunurdu.
Bu məsələ ilə bağlı Elektron Təhlükəsizlik Xidməti müvafiq hesablar haqqında META şirkətinə məlumat təqdim edib.
Nəticədə 20-dən çox belə səhifə platformadan silinib.
META-nın 2024-cü il üzrə hesabatında qeyd olunub ki, bu səhifələrin əksəriyyəti Rusiyadan idarə olunub və oradan yaradılıb.
Silinən səhifələr arasında Sovet İttifaqını təbliğ edən, Azərbaycanın tarixi və dövlətçiliyinə qarşı yönəlmiş təbliğat xarakterli materiallar yayan profillər də yer alıb. Bu addım dezinformasiya və xarici təsir kampaniyalarının qarşısını almaq məqsədilə atılıb.