Türkiyədə "Qalatasaray", İtaliyada isə "Yuventus", "İnter" və "Fiorentina" klublarının formasını geyinən Felipe Melo futbolçu karyerasını başa vurub.
Bu barədə braziliya millisinin sabiq yarımmüdafiəçisi özü sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, İstanbul təmsilçisinin heyətində 3 qat Türkiyə çempionu olan 41 yaşlı Felipe Melo son olaraq ölkəsində "Fluminense"nin uğurları üçün çalışıb.