Məşhur aktyor beyinə qan sızması səbəbilə əməliyyat edilib

Məşhur aktyor beyinə qan sızması səbəbilə əməliyyat edilib
10:36

Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb.

News365.az xəbər verir ki, aktyorun bacısı Dilarə Əliyeva APA-ya bildirib ki, qardaşı əməliyyat olunub, ona anevrizma diaqnozu qoyulub.

“Əməliyyatdan sonrakı dönəm də çox önəmlidir. Hazırda reanimasiyadadır”, - Dilarə Əliyeva qeyd edib.

Qeyd edək ki, TƏBİB-in məlumatına görə, həkim müayinəsindən sonra Vüsal Murtuzəliyevə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib.


Sizin reklam burada
Sizin reklam burada