Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verəcək

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verəcək
08 Sen 2025 10:41

Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə, yəni sentyabrın 10-da növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək.

News365.az bu barədə AMB-yə istinadən xəbər verir. Mərkəzi Bank sonuncu dəfə iyul ayının 23-də son bir ildə ilk dəfə olaraq uçot dərəcəsini 7,25%-dən 7%-ə endirib.

    AMB qeyd edib ki, cari ildə inflyasiya proqnozunun davamlı olaraq hədəfdə qalması və valyuta bazarında sabitliyin davam etməsi pul siyasətinin yumşaldılması üçün zəmin yaradır. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcəkdir.

    Xatırladaq ki, Niderlandın ən böyük maliyyə qrupu ING avqust ayının əvvəlində Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini qarşıdakı bir ildə sabit saxlayacağını proqnozlaşdırdığını açıqlayıb. Bundan əlavə, "Trading Economics” beynəlxalq iqtisadi statistika portalı da AMB-nin uçot faiz dərəcəsi ilə bağlı yenilənmiş proqnozunda bu ilin üçüncü və dördüncü rübü üzrə proqnozunu 7,25%-dən 7,00%-ə endirib.


    Sizin reklam burada
    Sizin reklam burada