Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı QƏRAR VERƏCƏK

Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı QƏRAR VERƏCƏK
09:55

Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını verəcək.

News365.az xəbər verir ki, aprelin 23-də AMB bu il ərzində faiz dərəcəsi ilə bağlı üçüncü qərarını açıqlayacaq.

AMB-nin İdarə Heyəti ötən ilin mayından indiyə kimi verdiyi qərarlarda uçot dərəcəsini sabit saxlayıb. Mərkəzi Bank uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddini isə 8,25% səviyyəsində dəyişməz saxlayıb.

AMB-dən bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq:

"Qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcək. Faktiki və proqnozlaşdırılan inflyasiyanın azalacağı təqdirdə faiz dəhlizi parametrlərinin azaldılması imkanları nəzərdən keçirilə bilər. Bununla yanaşı, Mərkəzi Bank inflyasiya risklərinin reallaşması halında adekvat reaksiya verəcək".

Qeyd edək ki, ilin əvvəlindən etibarən Azərbaycanda inflyasiya nisbətən artmaqda davam edib.

Dövlət Statistika Komitəsinin açıqladığı son rəqəmlərə əsasən mart ayında qeydə alınan illik inflyasiya 5,9% təşkil edib. Başqa sözlə, qeydə alınan faktiki inflyasiya AMB-nin hədəf diapozonu (4±2%) daxilindədir. Bu isə o deməkdir ki, AMB bu həftəki qərarında uçot dərəcəsində dəyişiklik etməyə tələsməyəcək və növbəti dəfə faiz dərəcəsini sabit saxlaya bilər.


Sizin reklam burada
Sizin reklam burada