Mərdəkanda ağaclıq ərazidə YANĞIN

Mərdəkanda ağaclıq ərazidə YANĞIN
01 Avq 2025 15:10

Xəzər rayonu, Mərdəkan qəsəbəsində ağaclıq ərazidə yanğın baş verib.

News365.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın ətraf əraziyə yayılmadan qısa müddətdə söndürülüb.


Sizin reklam burada
Sizin reklam burada