Məni onlar bu günə qoydular - Əli Mirəliyev sərt danışdı

Məni onlar bu günə qoydular - Əli Mirəliyev sərt danışdı
05 Fev 2025 23:30

Tanınmış müğənni Əli Mirəliyev musiqi sənətində ona layiqli dəyərin verilmədiyini bildirib. O, müasir şou-biznesin vəziyyətindən narazı olduğunu ifadə edərək, bəzi sənətçilərin haqsız yerə ön planda saxlanıldığını qeyd edib:


"Məni bunlar bu günə qoydular. Mənə dəyər vermədilər, mənim oxumağım onlara lazım olmadı. Amma danışdım, sevildim. Danışdım, qıcıqlandılar, amma yenə də qiymət vermədilər."

Mirəliyev müasir musiqi bazarında qeyri-peşəkar yanaşmanın olduğunu və bəzi müğənnilərin haqsız yerə önə çıxarıldığını vurğulayıb:

"Böyük bazarlar açılıb, artıq bilmək olmur ki, mahnı kimindir, söz kimindir, musiqi kimindir. Bəziləri ortalıqda at oynadır, meydan sulayır. Bəzi müğənnilər var ki, onların adı çəkilir, amma qıcıqlandırmır. Mən isə qıcıq yaradıram, çünki həqiqəti deyirəm. Hər gün eyni adamları kanallarda görürük, çevirdikcə yenə onları görürəm."

Əli Mirəliyevin bu fikirləri sosial mediada geniş müzakirələrə səbəb olub. Onun sənət aləmindəki ədalətsizliklərlə bağlı tənqidləri birmənalı qarşılanmayıb.



Sizin reklam burada
Sizin reklam burada