Əməkhaqqının artırılması bu qədər işçini əhatə edəcək

Əməkhaqqının artırılması bu qədər işçini əhatə edəcək
20:15

Minimum əməkhaqqının artırılması 700 min nəfəri əhatə edir. Bunun 400 min nəfəri dövlət, 300 min nəfəri isə özəl sektorun payına düşür.


News365.az xəbər verir ki, bunu DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov brifinqdə deyib.


Qeyd edək ki, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına uyğun olaraq, reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində 2025-ci ilin əvvəlindən minimum əməkhaqqı 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb, özəl sektor da daxil olmaqla bir sıra sahələrdə əməkhaqları artırılıb.


Sizin reklam burada
Sizin reklam burada