Bakıda dəyişkən iş qrafikinin tətbiqi üçün Tədbirlər Planının hazırlanmasına başlanıb.
News365.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Qeyd edək ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, 2025-2026-cı illərdə dövlət orqanlarının (qurumlarının),təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil edilməlidir.
“Qeyd edilən tapşırıqların icrasının təmin edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq Tədbirlər Planının hazırlanmasına başlanıb. Tədbirlər Planına uyğun olaraq görüləcək işlər barədə ictimaiyyətə məlumat veriləcək”, - deyə nazirlikdən bildirilib.