Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutdu

Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutdu
05 Fev 2025 21:45

Rusiya Müdafiə Nazirliyi Ukrayna ilə 150/150 formatında hərbi əsirlərin mübadiləsinin baş tutması ilə bağlı məlumat yayıb.


News365.az xəbər verir ki, 150 rus hərbçi Ukrayna əsirliyindən azad olunaraq geri qaytarılıb, Rusiya isə Ukrayna Silahlı Qüvvələrinin 150 hərbçisini qarşı tərəfə təhvil verib.


Müdafiə Nazirliyinin məlumatına görə, əsir mübadiləsi Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə həyata keçib.


BƏƏ Rusiya və Ukrayna arasında humanitar məsələlərdə artıq bir neçə dəfə vasitəçi rolunda çıxış edərək, danışıqların aparılmasında və əsir mübadiləsinin təşkilində iştirak edib.


Sizin reklam burada
Sizin reklam burada