Şairə Nazilə Səfərli son açıqlamasında emosional anlar yaşayıb.
News365.az xəbər verir ki, o, ad günü ilə bağlı hisslərini paylaşaraq bildirib ki, artıq ad günü keçirməyə niyyəti yoxdur və əsas istəyi yalnız sağlamlıqdır.
“Mənə güllər lazım deyil. Sağlamlıq lazımdır. Hamı sağlam olsun. Mən daha ad günü keçirməyəcəm, mənə düşmür. Hamınız mənə travma yaşadırsınız”, – deyə Nazilə Səfərli ağlaya-ağlaya bildirib.
Şairə, həmçinin Tolikin halının pisləşməsini səbəb gətirərək, hər ad günündə kiminsə başına nəsə gəlməsi ilə bağlı narahatlığını ifadə edib.
News365.az