Məktəb həyətində şagird faciəsi

Məktəb həyətində şagird faciəsi
12:00

Abşeron rayonu Masazır qəsəbəsindəki məktəblərdən birində şagird vəfat edib.

News365.az xəbər verir ki, noyabrın 27-si Masazırdakı 1 N-li tam orta məktəbin qarşısında 1-ci sinif şagirdi, qəsəbə sakini 2018-ci il təvəllüdlü Emin Etibar oğlu Həmidovun qəflətən halı pisləşib.

Təcili tibbi yardım gələnədək azyaşlı vəfat edib.

Şagirdin qan azlığı və ürək problemlərindən əziyyət çəkdiyi bildirilib.

Faktla bağlı araşdırmalar aparılır.


Sizin reklam burada
Sizin reklam burada