Medvedevdən iddia: Qərb Zelenskini aradan götürmək istəyir?

Medvedevdən iddia:  Qərb Zelenskini aradan götürmək istəyir?
19 Apr 2024 10:51

Xəbər verdiyimiz kimi Polşa hüquq-mühafizə orqanlarının əməkdaşları Ukrayna prokurorluğu və Təhlükəsizlik Xidməti ilə birgə Vladimir Zelenskiyə sui-qəsd planı hazırlamaqda Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən Polşa vətəndaşı olan Pavel K.-ni saxlayıblar.

Məsələyə reaksiya verən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bunu ciddi siqnal sayıb.

"Çox güman ki, bu hadisə Qərbin onu aradan götürmək qərarına gəldiyinin ilk sübutu ola bilər", - Təhlükəsizlik Şurasının sədr müavini özünün Telegram kanalında yazıb.

Siyasətçi vurğulayıb ki, Zelenskinin təşvişə düşməsi üçün  ciddi əsası var.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər