Medvedev: “Rusiya “yeni faşistlərlə” mübarizə aparır“

Medvedev:  “Rusiya “yeni faşistlərlə” mübarizə aparır“
26 Apr 2024 13:48

"Rusiya bu gün yenidən nasizmlə mübarizə aparır".

News365.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Diktant Pobedı” aksiyasının iştirakçılarına müraciətində bildirib.

Onun sözlərinə görə, Rusiya ordusunun döyüşçüləri əllərində silah alaraq döyüş meydanlarında “yeni faşistləri” məhv edirlər.

“Diktant Pobedı” aksiyası 2019-cu ildən etibarən “Vahid Rusiya” partiyasının “Tarixi yaddaş” layihəsi çərçivəsində keçirilir. Bu layihə Rusiya vətəndaşlarında vətənlərinin qəhrəmanlıq keçmişi ilə bağlı hadisələrə marağını oyatmaq məqsədi daşıyır.

Medvedev isə "yeni faşistlər" deməklə ukraynalıları nəzərdə tutub.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

 Tural


Youtube kanalımız

Oxşar xəbərlər