Müğənni Nüşabə Musayeva şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlama verib.
O bildirib ki, qızının xoşbəxtliyi üçün böyük fədakarlıqlar edib: “Evimi, qızıllarımı, torpağımı satdım. Qızımı köçürtdüm. Bu gün özüm bijuteriya taxıram. Bütün bunları övladım üçün etmişəm”.
Müğənni əlavə edib ki, qızına 100 min manat pul verib ki, istədiyi əşyaları alsın. Onun sözlərinə görə, cehiz məsələsi isə oğlan evi tərəfindən qarşılanıb.