ABŞ Prezidenti Donald Tramp sərbəst gəmiçiliyin təmin edilməsi üçün ölkəsinin Hörmüz boğazını minalardan təmizləməyə başladığını bəyan edib.
News365.az xəbər verir ki, bu barədə ABŞ lideri sosial şəbəkə hesabında məlumat verib.
"İndi biz Çin, Yaponiya, Cənubi Koreya, Fransa, Almaniya və bir çox digər ölkələr də daxil olmaqla, bütün dünya dövlətlərinə xidmət olaraq Hörmüz boğazının təmizlənməsinə başlayırıq. Təəccüblüdür ki, onların bu işi özləri görmək üçün nə cəsarətləri, nə də iradələri çatır", - deyə ABŞ lideri bildirib.
Tramp ABŞ-nin konkret hansı addımları atmaq niyyətində olduğunu açıqlamayıb.