Marqarita Simonyanda xərçəng xəstəliyi aşkarlanıb

Marqarita Simonyanda xərçəng xəstəliyi aşkarlanıb
16:03

Rusiyanın dövlətə məxsus Russia Today (RT) telekanalının baş redaktoru Marqarita Simonyanın xərçəng xəstəliyi ilə mübarizə apardığı bildirilir. 

News365.az xəbər verir ki, o, hazırda müalicə prosesindən keçir.

Simonyanın səhhəti ilə bağlı məlumatlar məhdud olsa da, məsələ Rusiya və beynəlxalq mediada diqqət çəkib. 

RT rəhbərliyindən və ya Simonyanın özündən xəstəliyin mərhələsi və müalicə detalları barədə rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Marqarita Simonyan uzun illərdir Rusiya mediasında aparıcı fiqurlardan biri hesab olunur və tez-tez beynəlxalq müzakirələrin mərkəzində yer alır. 


Sizin reklam burada
Sizin reklam burada