Maliyyə Nazirliyi süni intellektin tətbiqinə hazırlaşır

Maliyyə Nazirliyi süni intellektin tətbiqinə hazırlaşır
13:55

Maliyyə Nazirliyi süni intellektin tətbiqi ilə bağlı işlərə başlayıb.

News365.az xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında nazirliyin Müasir texnologiyalar və innovasiyalar şöbəsinin müdiri Nurlan Soltanov bildirib.

"Artıq nazirlikdə öz texniki dilində olsa da bir "data warehouse"un formalaşması ilə bağlı iş aparılır. Məhz süni intellektin istifadə olunmasının əsas mahiyyəti datanın formalaşmasıdır. Düzgün data formalaşsa təbii ki, bundan istifadə imkanı yaradılacaq. Bu istiqamətdə artıq işlərə başlanıb, lazımi addımlar atılıb ki, bu infrastruktur formalaşsın", -deyə o qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada