Makron Leyeni əvəz edəcək adam axtarır - Mümkün namizəd açıqlandı

Makron Leyeni əvəz edəcək adam axtarır -  Mümkün namizəd açıqlandı
24 Apr 2024 21:47

Beş il əvvəl Ursula fon der Leyenin Avropa Komissiyasına (AK) başçı seçilməsində mühüm rol oynamış Fransa prezidenti Emmanuel Makron indi bu vəzifəyə başqa namizəd tapmaq üçün Aİ liderləri ilə danışıqlar aparır.

Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Makron İtaliyanın baş naziri Giorgia Meloni ilə keçmiş Avropa Mərkəzi Bankının (AMB) prezidenti Mario Draqinin Aİ-də əsas vəzifəyə seçilməsi imkanını müzakirə edib.

“Bloomberg” qeyd edir ki, Ursula von der Leyenin son beş ildə AK-yə rəhbərlik etdiyi dövrdə ticarət danışıqları, iqlim dəyişikliyi xüsusən də ABŞ-la münasibətlərlə bağlı siyasəti narazılıqla qarşılanıb. Emmanuel Makron onun fəaliyyətini açıq şəkildə tənqid edib.

“Komissiyaya sədrlik ümumi maraqları qorumaq üçün nəzərdə tutulub”, – deyə Fransa prezidenti bildirib.

Nəşr qeyd edir ki, Makronun səyindən asılı olmayaraq, Ursula fon der Leyen hələ də seçki yarışında aşkar favorit olaraq qalır.


Youtube kanalımız

Oxşar xəbərlər