Bu gün Almaniya 2-ci bundesliqasında 11-ci turun oyunları davam etdiriləcək.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” səfər matçında “Hamburq”la qarşılaşır.
Oyun Bakı vaxtı ilə saat 16:30-da başlayıb. Artıq "Nürnberq" heyətini açıqlayıb. M.Emreli əsas heyətdə yer alıb.
Qeyd edək ki, 10 oyundan 18 xalı olan “Hamburq” 5-ci, 16 xala malik “Nürnberq” isə 8-ci yeri tutur.
M.Emreli 2-ci Bundesliqada son iki oyunun hər birində 1 qol vurub. O, daha 1 dəfə isə Almaniya kubokunun matçında fərqlənib.