KİV: Uitkoff hələlik Qəzza ilə bağlı danışıqlarda iştirak etmir

KİV: Uitkoff hələlik Qəzza ilə bağlı danışıqlarda iştirak etmir
12 İyl 2025 22:38

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Qətərin paytaxtı Dohada davam edən Qəzzada atəşkəsə dair danışıqlarda hələlik iştirak etmir.

News365.az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Uitkoff Dohaya yalnız danışıqlar yekun mərhələyə çatdıqda səfər etməyi planlaşdırır.

Telekanal əlavə edib ki, hazırda Fələstinin HAMAS hərəkatı BMT vasitəsilə Qəzza anklavına çatdırılacaq humanitar yardımın keyfiyyəti ilə bağlı bəzi bəndlərə dəyişikliklər edir.


Sizin reklam burada
Sizin reklam burada