Mağazalarda saxta pullarla alış-veriş edən şəxs saxlanılıb

Mağazalarda saxta pullarla alış-veriş edən şəxs saxlanılıb
11 Yan 2025 13:53

Binəqədi və Nəsimi rayonları ərazisində yerləşən 2 obyektdə naməlum şəxsin alış-veriş edən zaman kassaya saxta pul əskinasları verməsi barədə polisə məlumat daxil olub.

DİN-dən News365.az-a bildirilib ki, keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən, əvvəllər dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş A.Nuriyev müəyyən olunaraq saxlanılıb.

Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.

Araşdırmalar aparılır.


Sizin reklam burada
Sizin reklam burada