Lukas Hernandes və həyat yoldaşı insan alverində ittiham olunur

Lukas Hernandes və həyat yoldaşı insan alverində ittiham olunur
20:20

PSJ-nin müdafiəçisi Lukas Hernandes və həyat yoldaşı insan alverində və qanunsuz işçi saxlamaqda ittiham olunurlar.

News365.az xəbər verir ki, şikayət cütlüyün yanında rəsmi sənədlər olmadan işləyən beş Kolumbiya vətəndaşından ibarət bir ailə tərəfindən təqdim edilib. Ailə üzvləri mühafizəçi, aşpaz və dayə kimi çalışıblar.

Qeyd edək ki, 29 yaşlı Hernandes 2023-cü ilin yayından bəri PSJ-də oynayır. Müdafiəçi PSJ-də üç dəfə Fransa Superkubokunu, iki dəfə ölkə çempionluğu və ölkə kubokunu, Çempionlar Liqasını və UEFA Superkubokunu qazanıb.


Sizin reklam burada
Sizin reklam burada