"EVA Air" aviaşirkətinə məxsus və Bankonq - London marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib. Buna səbəb göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problem olub.
Bu barədə News365.az-a Heydər Əliyev Hava Limanının Mətbuat Xidmətindən bildirilib.
"Boeing 777" tipli təyyarə yerli vaxtla saat 17:44-da Bakı hava limanına uğurla eniş edib.
Sərnişinə dərhal yerində tibbi yardım göstərilib. Hazırda zəruri tibbi qiymətləndirmə aparılır və sərnişinin vəziyyətinə nəzarət davam etdirilir.