Lökbatanda AĞIR QƏZA - ər-arvad öldü

Lökbatanda AĞIR QƏZA - ər-arvad öldü
20 Fev 2025 09:22

Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

News365.az xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.

Vasif Hüseynovun idarə etdiyi "Mercedes Actros" markalı yük avtomobili ilə Şövqi Kərimovun idarə etdiyi BMW markalı avtomobil toqquşub.

Nəticədə minik avtomobilin sürücüsü Şövqi Kərimov və sərnişini olan həyat yoldaşı Aytac Kərimova hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.


Sizin reklam burada
Sizin reklam burada