Litvanın XİN başçısı Kiyevə gedib

Litvanın XİN başçısı Kiyevə gedib
15:10

Litvanın xarici işlər naziri Kyastutis Budris Ukraynaya səfər edib.

News365.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Davam edən müharibəyə (Rusiya ilə - red.) və ölümcül hücumlara baxmayaraq, Ukrayna xalqı həyatdan imtina etmir - onlar işləyir, təhsil alır, bərpa edirlər. Onların cəsarəti təkcə Ukraynanı deyil, bütün Avropanı qoruyur", - o yazıb.

K.Budris Litvanın Ukraynanı dəstəklədiyini vurğulayıb.



Sizin reklam burada
Sizin reklam burada