Leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
27 May 2025 10:32

Mayın 27-si gündüzdən 28-i axşamadək bəzi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. 

Bu barədə News365.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.


Sizin reklam burada
Sizin reklam burada