Leyla Əliyeva Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət edib

Leyla Əliyeva Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət edib
10:24

Leyla Əliyeva fevralın 3-də Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət edib.
News365.az AZƏRTAC-a istinadən xəbər verir ki, Şeyx Zayed məscidi dünyanın ən böyük altı məscidindən biridir və Birləşmiş Ərəb Əmirliklərinin qurucusu və ilk Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın adını daşıyır. Məscidin tikinti işlərinə 1996-cı ildə başlanılıb. Burada təxminən 50 min nəfər eyni anda ibadət edə bilər. Bu möhtəşəm tikilidə fasiləsiz olaraq Quran oxunur.


Sizin reklam burada
Sizin reklam burada