Lavrov Suriyanın dağılmasının qarşısını almağa çağırıb

Lavrov Suriyanın dağılmasının qarşısını almağa çağırıb
26 Dek 2024 13:37

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyanın parçalanmasının qarşısını almağa çağırıb. Rusiya XİN-in rəhbəri bu barədə Xarici İşlər Nazirliyinin saytında yayımlanan müsahibəsində bildirib.

“Biz Suriyanın parçalanmasına icazə verə bilmərik. Bəziləri istərdi ki bu baş versin”, - nazir bildirib.

Lavrov əlavə edib ki, İsrail öz məsuliyyətini dərk etməli və təhlükəsizliyi başqa dövlətlərin hesabına təmin etməyə çalışmamalıdır.

Noyabrın sonunda Suriyanın silahlı müxalifət qrupları Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma başlayıb. Nəticədə Hələb, Homs, Həma və Dəməşq şəhərləri zəbt edildi. Bundan sonra ölkə rəhvəri Bəşər Əsəd Suriyadan qaçmalı oldu.

Tural


Youtube kanalımız