Laçın şəhərində genişmiqyaslı tikinti işlərinin növbəti mərhələsinə start verilir.
News365.az xəbər verir ki, şəhərdə yeni yaşayış məhəlləsinin inşası ilə bağlı 49 970 705,36 AZN dəyərində tender elan edilib.
Müsabiqə “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi tərəfindən elan olunub.
Şəhərində müasir standartlara cavab verən çoxsaylı yaşayış binalarından ibarət yeni məhəllə tikiləcək.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən "Böyük Qayıdış" proqramı çərçivəsində Laçın rayonunda infrastrukturun bərpası və yaşayış sahələrinin yaradılması prosesi sürətlə davam etdirilir. Yeni məhəllənin inşası rayonun iqtisadi canlanmasına və sakinlər üçün yeni iş yerlərinin açılmasına əlavə stimul verəcək.