İranda nəzarətli rejim dəyişikliyi real deyil.
News365.az xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Yohann Vadeful jurnasitlərə açıqlamasında bildirib
Nazir vurğulayıb ki, İranda xaosun yaranması Almaniyanın maraqlarına uyğun deyil. Onun sözlərinə görə, ölkədə sabitliyin pozulması region və Avropa üçün ciddi risklər yarada bilər.
Vadeful əlavə edib ki, Almaniya İranda siyasi dəyişikliklərin yalnız xalqın öz iradəsi ilə baş verməsini düzgün hesab edir və xarici müdaxiləni dəstəkləmir.