Kurskun işğalında ittiham olunan danimarkalıya iş kəsiləcək

Kurskun işğalında ittiham olunan danimarkalıya iş kəsiləcək
31 May 2025 11:00

İyunun 9-da Moskvanın 2-ci Qərb Dairə Hərbi Məhkəməsi Ukrayna Silahlı Qüvvələrinin tərəfində hərbi əməliyyatlarda iştirak etməkdə və Rusiyanın Kursk vilayətinin ərazisini işğal etməkdə təqsirləndirilən Danimarka vətəndaşı Annabelle Yorqensenin işinə baxacaq. Bu barədə TASS-a məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Məhkəmə açıq keçiriləcək, lakin qiyabi iş kəsiləcək. Yorqensen axtarışdadır və Rusiya ərazisində deyil.

İstintaqın məlumatına görə, Yorgensen Ukraynanın ərazi müdafiəsinin Arey batalyonunda xidmət edib. O, 2023-cü ilin noyabrında digər muzdlularla birlikdə Kursk vilayətinin Sudja bölgəsində Rusiya ilə sərhədi qanunsuz keçib. Orada o, FSB zabitlərinə, Rusiya hərbçilərinə və mülki şəxslərə hücumda, həmçinin binaların və dəmiryol vağzalının ələ keçirilməsində iştirak edib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada