Kursk Ukrayna ordusu üçün cəhənnəmə çevrilir

Kursk Ukrayna ordusu üçün cəhənnəmə çevrilir
18 Fev 2025 14:53

Rusiyanın “Sever” qoşun qrupunun bölmələri Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin (VSU) 17 briqadasının birləşmələrini darmadağın edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


Qeyd olunub ki, toqquşmalar Kursk vilayətinin Quevo, Qonçarovka, Zamostye, Zaoleşenka, Kazaçya Loknya, Lebedevka, Loknya, Malaya Loknya, Maxnovka, Nikolski, Rubanşina, Sudja və Yujnı qəsəbələri ərazilərində baş verib. Döyüşçülər həmçinin Ukrayna bölmələrinin iki əks-hücumunu dəf edə biliblər. Bir günə 220 hərbçi öldürülüb.


Bundan əlavə, Rusiya hərbçiləri döyüş təyyarələrinin dəstəyi, raket zərbələri və artilleriya atəşi ilə Ukraynanın Kursk vilayəti ilə həmsərhəd olan Sumı vilayətinin əhalinin məskunlaşdığı 16 məntəqədə Ukrayna ordusunun şəxsi heyətini və texnikasını vurub.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada