Kürdəmirdə kanalda meyit tapıldı

Kürdəmirdə kanalda meyit tapıldı
14 Fev 2026 16:08

Kürdəmirdə su kanalından 60 yaşlı kişinin meyiti tapılıb.

Hadisə rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki,rayonun Şilyan kənd sakini 1966-cı il təvəllüdlü Şirəliyev İxtiyar Tarıverdi oğlunun cansız bədəni su kanalından aşkarlanıb.

Hadisə yerinə FHN-nin xüsusi riskli qəza xidmətinin əməkdaşları cəlb olunub. İxtiyar Şirəliyevin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokururluğunda araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada