Kremldən İlham Əliyevlə Putinin telefon danışığı ilə bağlı VACİB AÇIQLAMA

Kremldən İlham Əliyevlə Putinin telefon danışığı ilə bağlı VACİB AÇIQLAMA
15:58

Kremlin rəsmi sözçüsü Dmitri Peskov Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında baş tutan telefon danışığını vacib adlandırıb. 

News365.az TASS-a istinadən xəbər verir ki, D.Peskov bu barədə brifinqdə danışıb. 

“Prezident İlham Əliyev Vladimir Putini ad günü münasibətilə təbrik edib. Söhbət zamanı digər məsələlər də müzakirə edilib. Bu, çox vacibdir”, - Peskov bildirib. 

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Rusiya lideri Vladimir Putinə zəng edib. Dövlət başçısı rusiyalı həmkarını doğum günü münasibətilə təbrik edib.


Sizin reklam burada
Sizin reklam burada