Kreml NATO-nu hədələdi: Sülh yolu ilə həll edilməsə...

Kreml NATO-nu hədələdi: Sülh yolu ilə həll edilməsə...
18:20

Rusiya Baltik dənizindəki tankerlərinin NATO ölkələri tərəfindən əngəllənəcəyi təqdirdə hərbi tədbirlərə əl ata bilər.

News365.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev deyib.

Onun sözlərinə görə, “kölgə donanması” anlayışı hüquqi uydurmadır və ticarətə mane olmaq cəhdləri beynəlxalq hüquq baxımından qanunsuzdur:

“Avropa ölkələrinin hərəkətləri dəniz blokadası xarakteri daşıyır və eskalasiyaya səbəb olur. Vəziyyət sülh yolu ilə həll edilməsə, blokada Hərbi Dəniz Qüvvələri tərəfindən aradan qaldırılacaq”.


Sizin reklam burada
Sizin reklam burada