Kosmik zibil ABŞ-da evin damına düşdü

Kosmik zibil ABŞ-da evin damına düşdü
16 Apr 2024 14:25

Beynəlxalq Kosmos Stansiyasına məxsus "zibil" üç il kosmosda dolaşdıqdan sonra Yerə düşüb. News365.az xəbər verir ki, bu barədə "Space News" məlumat yayıb. Qeyd edilir ki, kosmik zibil Floridada evlərdən birinin damına düşüb.

Xatırladaq ki, 2021-ci ilin mart ayında BeynəIxalq Kosmik Stansiya kosmosa köhnə batareyalardan ibarət yük paleti atılıb. Stansiyadan uzaqlaşdırılan zibilin ümumi kütləsi 2,6 min kiloqrama yaxın olub. 

Hesablamalara görə məlum zibil 2024-cü il martın 8-də atmosferdə tamamilə yanıb külə dönəcəkmiş. Bununla belə, avadanlıqların bəziləri atmosferə daxil olarkən dağılmayıb və Florida ştatının Neapol şəhərindəki evə çırpılıb. "Space News" xəbər verir ki, təhlükəli zibil evin damına zərər vurub. Məlum olub ki, kosmik obyekt təxminən 7 kq ağırlığında imiş.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər