Kiyevdə partlayış səsləri eşidilir

Kiyevdə partlayış səsləri eşidilir
23 Avq 2025 12:31

Ukrayna paytaxtı Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib, partlayış səsləri eşidilir.

Bu barədə News365.az yerli KİV-ə istinadən xəbər verir.

KİV paytaxt sakinlərinə PUA təhlükəsi barədə xəbərdarlıq edir.

Öz növbəsində şəhərin meri Vitali Kliçko hava hücumundan müdafiə sistemlərinin işlədiyini bildirib.

“Paytaxtda hava hücumundan müdafiə qüvvələri işləyir. Sığınacaqlarda qalın!”, - Kliçko teleqramda yazıb.


Sizin reklam burada
Sizin reklam burada