Kiyevdə ABŞ-la metal sövdələşməsinə qarşı aksiya keçirilib

Kiyevdə ABŞ-la metal sövdələşməsinə qarşı  aksiya keçirilib
26 Fev 2025 15:07

Kiyev sakinləri Amerika Birləşmiş Ştatlarının (ABŞ) səfirliyi qarşısında aksiya keçiriblər. Bu barədə xarici KİV məlumat yayıb. Qeyd edilib ki, etirazçılar Ukrayna ilə ABŞ arasında nadir torpaq mineralları və metallar haqqında sazişin imzalanmasına qarşı çıxırlar. 


Kiyev sakinləri bu cür sazişlərin imzalanmasının münaqişənin sonuna qədər təxirə salınmasını və razılaşma sənədinə təhlükəsizlik təminatlarının əlavə edilməsini tələb edirlər.


Ukraynanın UNİAN saytının yaydığı videoda etirazçılardan biri bildirib ki, ABŞ rəhbərliyinə etibar etmək olmaz. Çünki onlar üç dəfə Ukraynadan imtina ediblər. Etirazçıları polis də nəzarətdə saxlayb.

Tural


Sizin reklam burada
Sizin reklam burada