KİV: İsrailin xarici işlər naziri Azərbaycana səfər edəcək

KİV: İsrailin xarici işlər naziri Azərbaycana səfər edəcək
10 Yan 2026 14:06

İsrail xarici işlər naziri Gideon Saar yanvarın 26-da Bakıya gələcək.

News365.az xəbər verir ki, bu barədə "AIA Global" saytı məlumat yayıb.

"Səfər bir gün davam edəcək. Buraya bir sıra görüşlər, o cümlədən Azərbaycan xarici işlər naziri ilə danışıqlar daxildir. Bundan sonra Saar Qazaxıstana səfər edəcək", - İsrail mənbəsi bildirib.

"Bu səfər Qərb və İsrail analitiklərinin artan diqqəti fonunda baş verir, onlar tez-tez Bakını "Mərkəzi Asiyaya qapı" adlandırırlar", - məlumatda qeyd edilib.


Sizin reklam burada
Sizin reklam burada