Kilsədə ibadət zamanı Paşinyanı vurmağa cəhdlə bağlı iki nəfər saxlanılıb - VİDEO - YENİLƏNİB

Kilsədə ibadət zamanı Paşinyanı vurmağa cəhdlə bağlı iki nəfər saxlanılıb - VİDEO - YENİLƏNİB
15:49

Müqəddəs Anna kilsəsinin həyətində baş verən insidentlə bağlı iki nəfər saxlanılıb.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Həmin şəxslər xuliqanlıq və vəzifəli şəxsin qanuni fəaliyyətinə müdaxilə etməkdə şübhəli bilinirlər.

***

saat 14.12

Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə İrəvandakı Müqəddəs Anna kilsəsində keçirilən ibadət zamanı insident baş verib.

Ermənistan mediası xəbər verir ki, Baş nazir məbəddən çıxaraq ibadətə gələnlərin arasından keçdiyi anda onlardan biri narazı şəkildə mühafizəçiyə “mənə belə baxmağa cəsarət etmə” deyə müraciət edib, arxadan isə başqa bir şəxs Nikol Paşinyanı vurmağa cəhd göstərib.

Hadisədən sonra İrəvan polisi kilsənin həyətində bir nəfəri saxlayıb.


Sizin reklam burada
Sizin reklam burada