Kəngərli və Ordubadda hərbi sursatlar aşkar edildi - VİDEO

Kəngərli və Ordubadda hərbi sursatlar aşkar edildi - VİDEO
17:01

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda Kəngərli və Ordubad rayonları ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.

News365.az xəbər verir ki, məlumatlarla əlaqədar dərhal Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.

Hüquq mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd RQD-5 əl qumbarası və 1 ədəd UZRQ partladıcısı, 1 ədəd 85 mm-lik BR-365 top mərmisi olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.


Sizin reklam burada
Sizin reklam burada