Keçmiş səhiyyə nazirinin xəstəxanası körpə ölümündə günahkar çıxdı

Keçmiş səhiyyə nazirinin xəstəxanası körpə ölümündə günahkar çıxdı
16:43

Ən azı 10 körpənin həyatına son qoyulan “Yenidoğan Çetəsi” qalmaqalında məhkəmənin gözlədiyi məhkəmə-tibbi ekspertiza rəyləri üzə çıxıb.

News365.az xəbər verir ki, körpələrin ölümünə səbəb olan bu qalmaqalda yeni bir inkişaf baş verib. Keçmiş səhiyyə naziri Mehmet Müezzinoğlunun xəstəxanası da məsuliyyətli hesab olunub.

Məhkəmə-Tibbi Ekspertiza İdarəsi işdə adı keçən körpələr üzrə ayrıca araşdırma aparıb. AKP-li keçmiş nazir Mehmet Müezzinoğlunun ortaq olduğu **“Özəl Avcılar Hospital”**da dünyasını dəyişən “Tokluoğlu körpəsi” ilə bağlı xəstəxana rəhbərliyi günahkar sayılıb.

Məhkəmə-Tibbi Ekspertiza bildirib ki, “Xəstəxana, 3-cü səviyyəli reanimasiya şəraiti olmadığı halda, bu şərait mövcudmuş kimi göstərərək yenidoğan körpələrin yerləşdirilməsini təmin edib və uyğun olmayan şəraitdə aparılan müşahidə və müalicə prosesini təşkil edib.”

Kerem Tokluoğlu adlı körpənin ölümü, Müezzinoğlunun xəstəxanası “Avcılar Hospital”ın təşkilati səhvi kimi qiymətləndirilib.



Sizin reklam burada
Sizin reklam burada