Karapetyanın həbs müddəti əlavə iki ay uzadıldı

Karapetyanın həbs müddəti əlavə iki ay uzadıldı
12:29

Korrupsiyaya qarşı mübarizə məhkəməsi "Taşir" Şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın həbs müddətini daha iki ay uzadıb.

News365.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə onun vəkili Aram Vardevanyan bildirib.

Karapetyanın müdafiəçisi həbs müddətinin uzadılması üçün heç bir əsasın olmadığını vurğulayır.

13 noyabrda Kassasiya Məhkəməsi iş adamının azadlığa buraxılması ilə bağlı müdafiə tərəfinin apellyasiyasını rədd edib. Məhkəmə hökuməti devirmək çağırışlarını yeganə əsaslandırılmış ittiham hesab edib.

Xatırladaq ki, "Taşir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan iyun ayında ruhanilər və hakimiyyət arasındakı münaqişə fonunda Erməni Apostol Kilsəsini açıq şəkildə dəstəklədikdən sonra həbs edilib. Daha sonra iş adamına qarşı Ermənistan Cinayət Məcəlləsinin 296-cı maddəsinin 2 və 3-cü bəndlərinə əsasən ittihamlar irəli sürülüb.


Sizin reklam burada
Sizin reklam burada